RU

Süni intellekt və vəkillik: Peşənin vaxtı bitirmi?

Süni intellekt bir çox sahədə olduğu kimi hüquq sektorunda da müzakirə mövzusuna çevrilib. Bəziləri artıq vəkilliyin “bitdiyini”, digərləri isə hələ bu mərhələyə çatmadığını deyir.

Araşdırmalar göstərib ki, “ChatGPT” və “Gemini” kimi alətlər hüquqi araşdırma, qanunvericilik analizi və sənəd hazırlanmasında bir çox praktik vəkildən daha sistemli cavab verə bilir. Onların fikrincə, hüquqda ixtisaslaşma dar çərçivə yaradır, süni intellekt isə daha geniş baxış təqdim edir. Xüsusilə məsləhət, müqavilə analizi, ərizə layihəsi kimi işlərin artıq əvvəlki qədər “xüsusi bacarıq” tələb etmədiyi vurğulanır.

Prosessual qaydalar, məhkəmə strategiyası, hakimin yanaşmasını düzgün oxumaq və riskləri hesablamaq insan təcrübəsi tələb edir. Kiçik bir prosedur səhvi belə işi korlaya bilər. Süni intellekt isə hələ detallarda səhvə yol verə, yanlış istiqamətə yönləndirilə bilir.

Lakin süni intellekt hazırda daha çox köməkçi alətdir: “Doğru sualı verməyi bilməyən adam doğru cavab ala bilməz.” Hüquqi işi tam şəkildə süni intellektə həvalə etmək riskli sayılır.

Bu gün üçün vəkillik bitməyib. Amma hüquqi məsləhət, sənəd hazırlanması və araşdırma sahəsində ciddi transformasiya başlayıb. Gələcəkdə əsas fərq süni intellektdən istifadə etməyi bacaranlarla bacarmayanlar arasında olacaq./Yeni Sabah

Избранный
2
50
musavat.com

10Источники