"Arsenal"ın hücumçusu Viktor Dyökereş bu əsrdə debüt mövsümündə bütün turnirlərdə ən azı 20 qol vuran ikinci "Arsenal" oyunçusu olub.
Fanat.Az xəbər verir ki, məlumatı "Opta" yayıb.
Aleksis Sançes 2014-15 mövsümündə 25 qol vurub.
"Arsenal" Dyökereşi ötən ilin yayında, 70 milyon avro qarşılığında "Sportinq"dən transfer edib. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 65 milyon avro ilə dəyərləndirir.
Mirağa