Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Azərbaycan qazının Serbiyaya tədarükü Yunanıstan və Şimali Makedoniya arasındakı birləşdirici boru vasitəsilə 2027-ci ildən sonra mümkündür.
Axar.az xəbər verir ki, bunu Rusiyanın Şimali Makedoniyadakı səfiri Dmitri Zıkov TASS-a müsahibəsində deyib.
“Yunanıstanla Şimali Makedoniya arasında qaz interkonnektoru tikildikdən sonra qaz Bolqarıstanı yan keçərək nəql oluna biləcək. İnterkonnektorun 2027-ci ildə istismara verilməsi nəzərdə tutulur.
Şimali Makedoniya ilə Serbiya arasında interkonnektorun tikintisi layihəsi həyata keçiriləcəyi təqdirdə Azərbaycan qazı həmçinin Serbiyaya da çatdırıla biləcək”, - o qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.