Bolqarıstan çempionatında 2025-2026 mövsümünün qalibi bəlli olub.
"Unikal" xəbər verir ki, "Levski" sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Sofiya təmsilçisi sonuncu dəfə 17 il əvvəl çempion olmuşdu. Paytaxt klubu bununla da "Ludoqorets"in 14 illik hegegomluğuna son qoyub. Bu, "Levski"nin 27-ci çempionluğudur.
Qeyd edək ki, çempionluqların sayına görə "Levski" yalnız SSKA-dan (31) geri qalır.