Axar.az saytına istinadən ain.az xəbər verir.
Aprel ayında Rusiyanın hücumu uğursuz olub və rus qoşunları 116 kvadrat kilometr əraziyə nəzarəti itirdi.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
Hesabatda bildirilir ki, Ukraynanın 2024-cü ilin avqust ayında Kursk bölgəsini işğal etməsindən bəri ilk dəfə olaraq Rusiya ordusu döyüş meydanında nəzarət altında olan əraziləri itirib.
"Rusiyanın döyüş meydanındakı irəliləməsi 2025-ci ilin noyabr ayından bəri davamlı olaraq yavaşlayır, çünki Ukraynanın davam edən quru əks-hücumları, orta mənzilli zərbələr, Rusiyanın “Starlink” terminallarından istifadəsinin bloklanması və Kremlin Teleqrama girişə qoyduğu məhdudiyyətlər Rusiya ordusundakı mövcud problemləri daha da artırıb".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.