RU

Ukrayna Rusiyanın kölgə neft donanmasına məxsus iki gəmini məhv edib

Ukrayna Müdafiə Qüvvələri Novorossiysk limanının girişində Rusiyanın kölgə neft donanmasına məxsus iki gəmini məhv edib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

“Qoşunlarımız Novorossiysk limanının girişində iki belə gəmini məhv edərək Rusiyanın kölgə neft donanmasına qarşı sanksiyaları tətbiq etməyə davam edir. Bu tankerlərdən neft daşınması üçün fəal şəkildə istifadə olunurdu. İndi onlardan istifadə olunmayacaq. Ukraynanın uzaqmənzilli imkanları dənizdə, havada və quruda hərtərəfli inkişaf etdiriləcək”, - deyə Zelenski əlavə edib.

Избранный
24
50
ikisahil.az

10Источники