BAKI, 3 may. TELEQRAF
Kanadanın Baş naziri Mark Karni Avropa Siyasi Birliyinin (EPC) 8-ci sammitində iştirak etmək məqsədilə Ermənistana səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Bildirilib ki, “Zvartnots” beynəlxalq hava limanında Kanadanın hökumət başçısını Ermənistan Baş nazirinin müavini Tiqran Xaçatryan qarşılayıb.
Qeyd edək ki, səfər çərçivəsində Mark Karninin sammitdə iştirakı və bir sıra ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.