RU

"Mən o mahnı ilə Röyaya vurulmuşdum"

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov etdiyi səmimi etirafla diqqət mərkəzinə düşüb.

Hafta.az xəbər verir ki, eks müğənni xanımı ilə bağlı xatirələrini bölüşərək bildirib ki, Röyaya olan hisslərinin yaranmasında onun ifa etdiyi "Bahar" mahnısının xüsusi rolu olub. Anarın sözlərinə görə, o, bu mahnı ilə Röyaya vurulub:

"Röyanın ən çox sevdiyim mahnısı 'Bahar'dır. Mən o mahnı ilə ona vurulmuşam, heç vaxt unutmuram. Ondan əvvəl mahnılarına qulaq asmırdım. Tanış olandan sonra dinləməyə başladım və bu mahnı məni çox təsirləndirdi. Həm də mən mart ayında - bahar fəslində anadan olmuşam".

Anar Cəlilov əlavə edib ki, onların ilk tanışlığı təsadüf nəticəsində baş tutub. Belə ki, Röya Ayxan onun qardaşının həyat yoldaşı ilə dost olub və məhz qardaşının xanımının ad günündə ilk dəfə üz-üzə gəliblər:

"Qardaşımın həyat yoldaşının ad günü idi. İlk dəfə orada gördüm. Elə orada aramızda qığılcım yarandı və münasibətimiz başladı".

Qeyd edək ki, bu açıqlamalar sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.milli.az

Избранный
5
46
hafta.az

10Источники