Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin son günündə daha iki idmançımız qüvvəsini sınayacaq.
"Football-plus.az" xəbər verir ki, yarışın üçüncü günündə ağır çəkili cüdoçularımız mübarizəyə qoşulacaqlar.
Kişilərin yarışında, 100 kiloqramdan yuxarı çəki dərəcəsində Uşanqi Kokauri səkkizdəbir final mərhələsində İran təmsilçisi Mohammadpuria Banaeyan Tolki ilə qarşılaşacaq.
Eyni çəki dərəcəsində çıxış edən digər idmançımız Camal Qamzatxanov isə növbəti mərhələyə yüksəlmək üçün Yovan Pekoviç ilə üz-üzə gələcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта