RU

İspaniyada bir kənddə pulsuz yaşayış və sabit iş təklif olunur, lakin şərt var

İspaniyanın şimalında yerləşən kiçik bir kənd köçməyə hazır olan hər kəsə pulsuz yaşayış və təminatlı iş təklif edir. Söhbət təxminən 40 nəfərin yaşadığı Arenilyas kəndindən gedir. 

HİT.az xəbər verir ki, bu barədə “Daily Mail” yazır.

Yerli hakimiyyət 1980-ci illərdən bəri davam edən əhali azalması probleminə qarşı mübarizə çərçivəsində bu ərazini yeni sakinlər üçün açıb.

“Holiday Pirates”in məlumatına görə, “yenidən məskunlaşma paketi” Arenilyasa köçmək imkanı yaradır, lakin namizədlər “praktiki və ya universal bacarıqlara” malik olmalıdır.

Layihə regionda şəhər tipli yenidənqurma işlərini təşviq etmək və yerli məktəbləri dəstəkləmək məqsədilə əsasən uşaqlı ailələrin cəlb olunmasına yönəlib.

Maraqlanan şəxslər özləri və ailələri haqqında məlumat, həmçinin köçmək istəklərinin səbəblərini göstərməklə [[email protected]](mailto:[email protected]) ünvanına CV göndərməlidirlər.

Bundan əlavə, onlar kəndə hansı bacarıqları gətirə biləcəklərini izah edən tərcümeyi-hal təqdim etməlidirlər. Seçilən şəxslərə yeni təmir olunmuş mənzillərdə pulsuz yaşayış təmin olunur və kirayə haqqı tələb edilmir.

Materialda qeyd olunur ki, qaz və su xərclərini sakinlər özləri ödəməlidir, elektrik enerjisi isə əsasən damlarda quraşdırılmış günəş panelləri vasitəsilə təmin olunduğundan ucuz başa gəlir. Uşaqlı ailələr üçün məktəbə gediş-gəliş pulsuz təşkil edilir; məktəb Berlanqa-de-Duero şəhərində yerləşir və avtomobillə təxminən 20 dəqiqəlik məsafədədir.

Kənddə tikinti sahəsində işçilərə böyük tələbat var, çünki icma kəndin saxlanılması və yerli ictimai mərkəzin idarə olunması ilə məşğuldur.

Bununla belə, bu cür təşəbbüslər əsasən İspaniya vətəndaşlarına və ya ölkədə işləmək hüququ olan şəxslərə yönəlib.

Nəşrdə vurğulanır ki, xaricdən müraciət edənlər viza və yaşayış tələblərini nəzərə almalıdır. Proqramın başladığı ilk həftələrdə artıq 200 müraciət daxil olub.

Samir

Избранный
1
2
hit.az

10Источники