Tennis əfsanəsi Serena Uilyams sosial şəbəkədə ailə həyatı ilə bağlı etdiyi paylaşımına görə müzakirə obyektinə çevrilib.
Bizim.Media xəbər verir ki, idmançı böyük qızı Olimpiya ilə bağlı yaşadığı epizodu izləyiciləri ilə bölüşüb.
Peşəkar karyerasını 2022-ci ildə başa vuran Uilyams hazırda daha çox ailəsinə və biznes layihələrinə vaxt ayırır. O, həyat yoldaşı, “Reddit”in həmtəsisçisi Aleksis və qızları Olimpiya və Adira ilə birlikdə yaşayır.
Uilyams X sosial şəbəkəsində yazıb ki, qızına yatmağı tapşırıb, lakin uşaq ona qulaq asmayıb. Nəticədə Olimpiya pijama gecəsinə gedə bilməyib.
“Qızım ağladı. Amma bilmirdi ki, mən ondan da çox ağladım. Onun ağlamasına dözə bilmirəm. Valideynlik çətindir. Amma bəzən bu vacibdir”, - deyə Serena qeyd edib.
Bu paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər idmançının sözlərini həddən artıq emosional sayaraq tənqid ediblər.
Digər istifadəçilər isə Uilyamsı müdafiə edərək uşaqların tərbiyəsində intizam və sərhədlərin vacib olduğunu bildiriblər.
Bizim.Media