İran dövlət mediasına istinadən yayılan məlumata görə, Qoşaçay (Miyandab) şəhərindən olan Yaqub Kərimpur “İsrailə casusluq” ittihamı ilə edam olunub. İşin istintaqı və məhkəmə prosesi ətrafında ciddi hüquqi narahatlıqlar və işgəncə iddiaları mövcuddur.
Bizim.Media xəbər verir ki, 43 yaşlı, fiziki məhdudiyyətli Kərimpur saxlanıldıqdan sonra uzun müddət (təxminən 75 gün) təcridxanada saxlanılıb və bu müddətdə ona qarşı psixoloji və fiziki təzyiqlər göstərildiyi iddia olunur.
İddialara əsasən, o, vəkil seçimi hüququndan məhrum edilərək məhkəməyə çıxarılıb və edam hökmü çıxarılıb.
Hökm daha sonra Ali Məhkəmə tərəfindən təsdiqlənib.

Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта