RU

“Sabah” Şamaxı səfərində, “Qəbələ” “Zirə”yə qarşı

Azərbaycan Premyer Liqasında 30-cu tur davam edir.

Msport.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.

Ötən tur çempionluğunu rəsmiləşdirən “Sabah” səfərdə “Şamaxı” ilə üz-üzə gələcək. Bu komandaların ilk dövrədəki oyununda “Sabah” 2:1 hesabı ilə qalib gəlib, ikinci dövrədəki görüşdə isə qolsuz heç-heçə qeydə alınıb.

Günün digər  matçında “Zirə” “Qəbələ” ilə qarşılaşacaq.  “Neftçi” ilə 4-cü yer uğrunda mübarizə aparan “Zirə” bu oyunun favoritidir.

 

3 may (bazar)

16:00. “Şamaxı” – “Sabah”

Şamaxı şəhər stadionu

18:30. “Zirə” – “Qəbələ”

Zirə İdman Kompleksi

2 may (şənbə)

“Araz-Naxçıvan” – “İmişli” – 0:1

“Kəpəz” – “Sumqayıt” – 2:1

4 may (bazar ertəsi)

19:30. “Qarabağ” – “Turan Tovuz”

5 may (çərşənbə axşamı)

16:00. “Karvan-Yevlax” – “Neftçi”

Избранный
22
11
msport.az

10Источники