RU

Naxçıvan Şəhər İcra Hakimiyyəti “Qüsursuz Nitq” Psixologiya Mərkəzini ziyarət etdi - FOTOLAR

Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı tədbirləri çərçivəsində növbəti görüşlər keçirilib.


Manset.az xəbər verir ki, İcra Hakimiyyətinin müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri İsmayıl Gülməmmədov şəhid övladlarının təhsil prosesi və tədris mühiti ilə yaxından tanış olmaq, həmçinin onlara mənəvi dəstək göstərmək məqsədilə bir sıra təhsil və psixoloji dəstək müəssisələrində olub.

Görüşlər çərçivəsində Heydər Əliyev adına tam orta məktəb, NDU nəzdində Beynəlxalq Məktəb və “Qüsursuz Nitq” Psixologiya Mərkəzi ziyarət edilib. Bildirilib ki, Heydər Əliyev adına məktəbdə 1, Beynəlxalq Məktəbdə 4 şəhid övladı təhsil alır, Psixologiya Mərkəzinin xidmətlərindən isə 1 şəhid övladı yararlanır.

Məlumata görə, məktəblərdə şəhid övladlarının dərsə davamiyyəti və akademik göstəriciləri qənaətbəxş qiymətləndirilib, onların təhsil prosesinə uyğunlaşması və inkişafı üçün xüsusi diqqət göstərildiyi qeyd olunub. Psixologiya Mərkəzində isə uşağın nitq və ünsiyyət bacarıqlarında müsbət irəliləyiş müşahidə edildiyi bildirilib.

Görüşlər zamanı şəhid övladlarının təhsil və sosial-psixoloji vəziyyətinin yerində qiymətləndirildiyi, dövlət qayğısının bundan sonra da davam etdiriləcəyi vurğulanıb.

Избранный
2
12
manset.az

10Источники