RU

Neft Fondundan taktiki satış: Qızıl bazarında nələr baş verir? ARAŞDIRMA

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk rübündə diqqətçəkən bir gedişlə qızıl ehtiyatının bir hissəsini satıb. Rəsmi göstəricilərə əsasən, Fond cari ilin yanvar-mart aylarında 21.9 ton qızıl sataraq ümumi qızıl ehtiyatlarını 178.1 tona qədər azaldıb. Bu qismən azalmaya baxmayaraq, aprelin 1-nə olan məlumata görə, ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi hələ də kifayət qədər yüksək - 35.6 faiz (26.,1 milyard dollar) olaraq qalır. Bəs, ARDNF-in məhz indi aktiv satışa keçməsinin səbəbi nədir?Demokrat.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:"Çevik qərarların verilməsi vacibdir"Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Dövlət Neft Fondu tərəfindən investisiyaların yerləşdirilməsində çevik qərarların verilməsinə üstünlük verilir. Fond qızıl ehtiyatlarını kəskin artırmağa başladığı dövrdə qızılın qiyməti xeyli aşağı idi və praktik olaraq qızıla investisiya etməklə aktivlərin, eləcə də strateji ehtiyatların payını artırmış oldu: "İran müharibəsi başladıqdan sonra qızılın qiymətində azalmalar müşahidə etdik və qızıl bazarında daha yüksək volatillik müşahidə olunmaqdadır. Bu da nəticə etibarilə qızılın qiymətinə və qızıla olan tələbə təsir göstərir, çünki investorlar neft bazarına daha çox sərmayə qoyuluşu həyata keçirməyə başladılar. Ona görə Dövlət Neft Fondu həm bazardakı mövcud vəziyyət, həm də təbii ki, gözləntiləri nəzərə almaqla bu istiqamətdə qərarlarını verir. Atəşkəsdən sonra biz qızıl bazarında müəyyən sabitləşmə və artımları müşahidə etdik, nəticədə bir aylıq yekunda qızılın qiyməti təxminən 4 faizə yaxın yüksəldi. Altı aylıq yekunda qızılın qiymətində 18 faiz artım olub, son bir ildə qızılın qiyməti 40 faiz artıb. Bu baxımdan çevik siyasət investisiya portfelinin strukturunu dəyişməyi tələb edir".Alış və satış arasındakı qiymət fərqiV.Bayramov Dövlət Neft Fondu tərəfindən qızılın alqı-satqısı ilə bağlı, yəni müəyyən müddətlərdə vəsaitin qızılda saxlaması, müəyyən müddət sonra onun digər aktivlərə və ya nağd vəsaitlərə çevrilməsini doğru hesab edir. Çünki nəticədə Fondun qızılı almağa başladığı tarix ilə qızılı satdığı tarix arasındakı qiymət fərqinə baxsaq, bu, praktik olaraq həmin investisiyadan gəlirliyin təmin edilməsinə imkan yaradıb: "Konservativ qərarlardan daha çevik qərarların verilməsinə keçid reallaşıb. Təbii ki, daha az riskli istiqamətlərə vəsaitlərin yönəldilməsi prinsipi yenə də saxlanılır. Bununla yanaşı qərarların çevik olması çox önəmlidir. Çünki çevik qərarlar nəticədə daha çox gəlirin əldə edilməsinə imkan yaradıb. Dövlət Neft Fondu növbəti dövrlərdə də öz investisiya qərarlarını şaxələndirəcək, fərqli istiqamətlərə vəsaitlərin yönəldilməsini həyata keçirəcək. Qızılla da, yenidən investisiya qoyuluşu da həyata keçirilə bilər, çünki bazardakı gözləntilər və proqnozlara uyğun olaraq qərarların qəbulu həyata keçirilir. Ona görə bu, sadəcə çevik qərarların nəticəsi kimi qiymətləndirilməlidir"."Bu addım qızıldan tamamilə imtina demək deyil"İqtisadçı Elçin Əkbərov isə bildirib ki, Prezidentin müvafiq Fərmanına əsasən, Fondun qızıl altportfelinin payı investisiya portfelinin məcmu dəyərinin 35 faizinə qədər nəzərdə tutulub: "Bu zaman yuxarı uzaqlaşma intervalı maksimum 4 faiz olaraq müəyyən edilib. Fondun bu il üçün investisiya siyasətinin əsas hədəfi isə əsas kapitalın itirilməsi riskini minimuma endirməklə yanaşı, maksimum gəlirliliyə nail olmaqdan ibarətdir. Məlum olduğu kimi, ARDNF-in qızıl ehtiyatları uzun illər ərzində yüksələn xətt üzrə artaraq 2019-cu ildəki 101.2 tondan 2025-ci ildə 200 tona çatıb və beləliklə, ehtiyatlar çəki ifadəsində təqribən iki dəfə artıb. Xüsusilə də bu alışların əsasən qızılın qiymətinin əlverişli və ucuz olduğu dövrlərə təsadüf etdiyini vurğulamaq lazımdır".E.Əkbərovun sözlərinə görə, uzunmüddətli yığım prosesindən sonra 2026-cı ildə ARDNF çoxillik alış siyasətini dayandıraraq taktiki satışa başladı. Lakin bu addım heç də bazarda qızıldan tamamilə imtina və ya qızıldan çıxış kimi başa düşülməməlidir. Əksinə, investisiya portfelinin yenidən və sağlam şəkildə balanslaşdırılmasıdır: "Bunun ən başlıca səbəblərindən biri məhz investisiya gəlirinin realizasiyası, yəni mənfəətin nağdlaşdırılmasıdır. 2025-ci il və 2026-cı ilin əvvəlində qızıl qiymətlərinin kəskin bahalaşması, eləcə də tarixi rekordların yenilənməsi uzun müddət ərzində ucuz qiymətə yığılmış bu aktivdən maksimum mənfəət əldə etmək üçün ideal və rasional fürsət yaratdı. Digər tərəfdən, 2025-ci ilin sonunda qızılın payının 38.2 faizə çatması Fondun təsdiqlənmiş hədəf göstəricisini artıq üstələyirdi. Buna görə də satış prosesi portfeli tələb olunan normativ çərçivəyə qaytarmağa xidmət edir. Eyni zamanda, Yaxın Şərqdəki gərginliklər və inflyasiya gözləntilərinin istiqraz bazarına mənfi təsiri fonunda Fond öz ümumi ehtiyatlarını sığortalamaq və yaranan likvidlik ehtiyacını qarşılamaq məqsədilə də dövri satışlara getmiş ola bilər. ARDNF bu halda qlobal institutların hər Trua unsiyası üçün 5 000 dollarlıq zirvə proqnozunu da gözləyərək spekulyativ gedişlər deyil, planlı və ağıllı risk idarəetməsi həyata keçirib".Standart və zəruri prosedurİqtisadçının fikrincə, ümumilikdə atılan bu addım olduqca uğurlu və yetkin investisiya strategiyasının tərkib hissəsidir: "Beynəlxalq suveren fondların qlobal təcrübəsində də aktivlərin vaxtaşırı yenidən balanslaşdırılması standart və zəruri prosedurdur. Məsələ burasındadır ki, qızılın portfeldəki payının normadan artıq yüksək olması Fondun valyuta və faiz dərəcələrinin qlobal dəyişməsi qarşısında həssaslığını kəskin artırır. Payın proporsional olaraq azaldılması isə qızıl qiymətlərindəki gələcək mümkün ucuzlaşmanın və korreksiyaların Fondun ümumi aktivlərinə vura biləcəyi zərbəni əvvəlcədən neytrallaşdırır".Müsahibimizin sözlərinə görə, qızıl satışı Azərbaycanın maliyyə sabitliyinə hər hansı bir mənfi təsir göstərmir, əksinə, Fondun büdcə qarşısındakı öhdəliklərini vaxtında və etibarlı yerinə yetirməsi üçün əlavə manevr və likvidlik imkanları yaradır.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
demokrat.az

1Источники