RU

Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda

Xəbər verdiyimiz kimi, Azərbaycanda hamiləliyə və doğuma görə müavinətin verilməsi mexanizmində yeni mərhələ başlayır. Artıq prosesin elektronlaşdırılması və avtomatlaşdırılması nəzərdə tutulur ki, bu da gələcək analar üçün sənəd yükünün azalması, ödənişlərin daha sürətli həyata keçirilməsi və şəffaflığın artırılması baxımından diqqət çəkir. Yeni qaydalar həm müavinətin hesablanma mexanizmini, həm də hüquq əldə etmə şərtlərini yenidən gündəmə gətirib.

Yeni tətbiq edilən sistemdə vətəndaşların ən çox qarşılaşa biləcəyi problem nə ola bilər və bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

“Yeni Sabah” xəbər verir ki, Globalinfo.az-a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı hamiləlik və doğuma görə müavinətlərin elektronlaşdırılmasının Azərbaycanın rəqəmsal dövlət quruculuğu yolunda atdığı növbəti uğurlu addım olduğunu deyib.

“Lakin sistemin “insan amili” və texniki bazalar arasındakı uyğunsuzluqlar səbəbindən axsamaması üçün həm dövlət qurumları, həm işəgötürənlər, həm də vətəndaşlar daha diqqətli olmalıdırlar. Gələcək anaların bu həssas dövrdə əlavə qayğılarla qarşılaşmaması üçün rəqəmsal infrastrukturun insan yönümlü olması əsas şərtdir. Sistemin elektronlaşdırılmasına və avtomatlaşdırılmasına baxmayaraq, tətbiq prosesində bir neçə ciddi problemin yaranma ehtimalı var. Ən böyük risk fərqli dövlət qurumlarının bazaları arasındakı inteqrasiya xətaları ola bilər. Məsələn, həkimin sistemə daxil etdiyi məlumatla işəgötürənin əmək müqaviləsi bildirişindəki məlumatlar (soyadın dəyişməsi, iş stajı və ya əməkhaqqı məbləği) arasında ən kiçik uyğunsuzluq belə sistemin ödənişdən imtina etməsinə səbəb ola bilər”.

Nərmin Abbaslının fikrincə, yeni sistemdə işəgötürənlərin üzərinə böyük məsuliyyət düşür:

“Müəssisə tərəfindən sosial sığorta haqlarının vaxtında ödənilməməsi və ya hesabatların gecikdirilməsi sistemin avtomatik olaraq müavinət təyinatını dayandırmasına gətirib çıxara bilər. Xüsusilə ucqar regionlarda yaşayan və rəqəmsal resurslardan istifadə bacarığı aşağı olan vətəndaşlar üçün portallar vasitəsilə prosesi izləmək çətinlik yarada bilər”.

N.Abbaslı bildirib ki, elektron sistemin effektivliyini artırmaq və vətəndaş məmnuniyyətini təmin etmək üçün aşağıdakı qabaqlayıcı tədbirlər görülə bilər:

“Vətəndaşlar üçün “şəffaf izləmə paneli” yaradılmalıdır. Əgər müavinətin verilməsində gecikmə yaranarsa, vətəndaş sistemə daxil olduqda bunun səbəbini (məsələn: “Həkim məlumatı daxil etməyib” və ya “İşəgötürən sığorta haqqını ödəməyib”) aydın görməlidir. Müavinət təyinatı və ya imtina barədə məlumat vətəndaşa yalnız portal vasitəsilə deyil, həm də SMS bildiriş şəklində göndərilsə, məqsədəuyğun olar deyə düşünürəm. Tibb müəssisələrində və qadın məsləhətxanalarında yeni sistemin işləmə qaydaları barədə əyani vəsaitlər yerləşdirilməli, “qaynar xətt” xidmətləri operativləşdirilməlidir”.


Telegram kanalımız
Избранный
21
10
yenisabah.az

10Источники