BAKI, 3 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranın mövcud raket imkanlarının tamamilə məhv edilməsini istədiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, Florida ştatının Vest-Palm-Biç şəhərində jurnalistlərlə söhbəti zamanı danışıb.
ABŞ lideri İranın raket istehsalı potensialı ilə bağlı suala cavab verərkən bu imkanların aradan qaldırılmasının tərəfdarı olduğunu bildirib.
“Bəli, mən bunu məhv etmək istərdim”, – deyə Tramp qeyd edib.
Eyni zamanda ABŞ administrasiyası iddia edir ki, əvvəlki zərbələr nəticəsində Tehranın raket imkanlarının yalnız təxminən 15 faizi qalıb.