RU

Xərçənglə mübarizədə ucuz və güclü vasitə! Hər evdə var

İsveç və İngiltərədə aparılan araşdırmalar göstərib ki, xüsusilə genetik risk daşıyan şəxslərdə aspirin istifadəsi xərçəngin təkrarlanma riskini təxminən 55% azalda bilər.

Musavat.com xəbər verir ki, Karolinska İnstitutu və Karolinska Universitet Xəstəxanası alimlərinin rəhbərliyi ilə həyata keçirilən araşdırmada İsveç, Norveç, Danimarka və Finlandiyanın 33 xəstəxanasından 3500-dən çox kolorektal xərçəng xəstəsi 3 il ərzində izlənilib.

Nəticələr göstərib ki, aspirin qəbul edən qrupda xərçəngin təkrar yaranma riski plasebo qrupuna nisbətən 55% daha az olub.

Bu nəticələrdən sonra İsveç 2026-cı ilin yanvar ayından etibarən bağırsaq xərçəngi xəstələrini genetik mutasiyalar baxımından yoxlamağa və uyğun olanlara aşağı dozada aspirin tövsiyə etməyə başlayıb.

Nyukasl Universitetinin professoru Con Bernin rəhbərliyi ilə aparılan başqa bir araşdırmada irsi xəstəlik olan Linç sindromu daşıyan 861 xəstə 10 il ərzində izlənilib. Ən azı 2 il müddətində 600 mq aspirin qəbul edən şəxslərdə bağırsaq xərçəngi riskinin təxminən yarıya qədər azaldığı müşahidə olunub. Daha sonrakı mərhələdə isə iştirakçılara 75–100 mq kimi daha aşağı dozalar verilib və bu dozaların da eyni dərəcədə qoruyucu təsir göstərdiyi müəyyən edilib.

Bu nəticələr İngiltərədə tibbi tövsiyələrə də təsir edib. Artıq Linç sindromu daşıyıcılarına 20 yaşdan etibarən müntəzəm aspirin istifadəsi tövsiyə olunur.

Lakin bununla yanaşı, aspirinin mümkün yan təsirləri də nəzərə alınmalıdır. Ən ciddi risklərə mədə və beyin qanaması daxildir. Xüsusilə yaşlı insanlarda və qandurulaşdırıcı dərman qəbul edənlərdə bu risk daha yüksək olur.

Mütəxəssislər bildirir ki, aspirinin qoruyucu təsirinin yaranması üçün ən azı 2–5 il müntəzəm istifadə tələb olunur. Qısa müddətli istifadə effektiv sayılmır. Bu səbəbdən aspirin əsasən orta yaşlı və yüksək riskli şəxslər üçün nəzərdən keçirilir, aşağı riskli insanlar üçün isə faydadan çox risk yarada bilər.

Musavat.com

Избранный
20
4
musavat.com

10Источники