RU

Şəki Zaqatala bölgəsi üzrə olimpiada və müsabiqələrin yarımfinalında 815 şagird biliyini sınayıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Şəki, 3 may, AZƏRTAC

Mayın 2-də Şəki-Zaqatala bölgəsi üzrə məktəblilərarası fənn müsabiqələrinin və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının yarımfinal turu keçirilib. Müsabiqə və olimpiadanın yarımfinalında Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 815 şagird biliyini sınayıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə regional təhsil idarəsindən məlumat verilib.

Xatırladaq ki, müsabiqələrin keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların məntiqi və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirmək, sağlam rəqabət mühiti formalaşdırmaq və şagirdlərlə məqsədyönlü iş aparmaqdır.

Müxbir – Mustafa Dadaşov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
85
azertag.az

1Источники