RU

İran hər an vurula bilər

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İrana qarşı zərbələri bərpa edə biləcəyini ehtimal edib.

Publika.az xəbər verir ki, Amerika liderinin sözlərini "RİA Novosti" agentliyi sitat gətirib.

Jurnalistlər Trampa Vaşinqtonun İslam Respublikasına yenidən hücum edib-etməyəcəyi ilə bağlı sual ünvanlayıblar. Ağ Ev rəhbəri buna cavab olaraq bildirib ki, hər şeyi zaman göstərəcək və bu, mütləq baş verə biləcək bir ehtimaldır.

Daha əvvəl İranın nizamlanma təklifinə dair ABŞ-a 14 bənddən ibarət cavab təqdim etdiyi barədə məlumat verilmişdi.

Избранный
27
50
publika.az

10Источники