RU

ABŞ daha bir ölkəyə hücum planlaşdırır?

ABŞ Administrasiyası Kubada hakimiyyətin dəyişdirilməsi məqsədilə hərbi əməliyyatlar variantını nəzərdən keçirir.

Bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton hələlik diplomatik vasitələrə üstünlük verir və rəsmi Havananı iqtisadi islahatlara təşviq etməyə çalışır. Bu islahatlara dövlət müəssisələrinin özəlləşdirilməsi, xarici investisiyaların artırılması və internetə çıxışın genişləndirilməsi daxildir.

Bundan əlavə, Vaşinqton Kubadan ABŞ-nin enerji resurslarının alınmasını da tələb edir. Eyni zamanda, Vaşinqton hakimiyyətin tam dəyişməsini təxirə sala biləcəyini, lakin bəzi rəsmilərin istefasını istədiyini qarşı tərəfə çatdırıb.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirmişdi ki, İranla bağlı hərbi əməliyyatlardan sonra Vaşinqton Kubaya dair siyasətini müəyyən edəcək.

Qeyd edək ki, Kuba Prezidenti Migel Dias-Kanel tərəflər arasında fikir ayrılıqlarının dialoq yolu ilə həlli üçün danışıqlar aparıldığını açıqlayıb.//Oxu.Az

Избранный
51
15
musavat.com

10Источники