Avropa İttifaqı ölkələri mövcud yanacaq ehtiyatlarının real həcmini dəqiq müəyyən edə bilmir.
Musavat.com xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.
Məlumata görə, problem İran ətrafında davam edən müharibə fonunda daha da kəskinləşib. Enerji daşıyıcılarının qiymətinin artması səbəbindən bu münaqişə Aİ-yə gündəlik təxminən 500 milyon avroya başa gəlir.
Qeyd olunur ki, ehtiyatların nə vaxt tükənə biləcəyini müəyyənləşdirmək istəyən rəsmilərin demək olar ki, etibarlı məlumat mənbələri yoxdur. Bu isə ciddi risk yaradır – hakimiyyət orqanları mümkün çatışmazlığı vaxtında görə bilməyə və fövqəladə qərarları gecikdirməyə bilər.
Problemin əsas səbəblərindən biri odur ki, yanacaq ehtiyatlarının böyük hissəsi müxtəlif və pərakəndə anbarlarda saxlanılır, şirkətlər isə kommersiya sirri səbəbindən bu məlumatları açıqlamağa həvəs göstərmir.
Artıq Belçika, Niderland və İspaniyanın müvafiq nazirləri məsələni gündəmə gətiriblər. Onlar Avropa Komissiyasını üzv ölkələr arasında operativ əlaqə üçün xüsusi kommunikasiya kanalı yaratmağa çağırıblar.
Musavat.com