RU

"Oscar" şərtləri sadələşdirir

Dünyanın ən nüfuzlu kino mükafatı olan “Oscar”ları təqdim edən “Kino Sənətləri və Elmləri Akademiyası” süni intellektlə bağlı qaydalarını sərtləşdirib. Qurum 2027-ci ildən etibarən qüvvəyə minəcək yeni qərara əsasən, süni intellekt tərəfindən yaradılmış aktyor performansları və ssenarilər artıq namizədliyə qəbul edilməyəcək.Metbuat.az xəbər verir ki, yeni qaydalara görə, hər hansı film və ya rolun “Oscar”a namizəd göstərilməsi üçün onun mütləq insan tərəfindən yaradılması tələb olunacaq. Akademiya lazım gəldikdə prodüserlərdən layihənin insan əməyinə əsaslandığını sübut edən əlavə sənədlər də tələb edə biləcək. Mübahisəli layihələr yarışdan kənarda qalacaqSon illər süni intellektin kino sənayesində geniş istifadə olunması ciddi müzakirələrə səbəb olmuşdu. Xüsusilə 97-ci Oskar Mükafatları zamanı bəzi filmlərdə bu texnologiyanın istifadəsi diqqət çəkmişdi. Məsələn, “The Brutalist” filmində Adrien Brodynin səsi və aksanı süni intellekt vasitəsilə təkmilləşdirilmişdi və aktyor buna baxmayaraq “Ən yaxşı kişi rolu” mükafatını qazanmışdı.Yeni qaydalar bu kimi halların qarşısını almağı hədəfləyir və süni intellektin geniş istifadəsinə namizədlik mərhələsində məhdudiyyət qoyur. Rəqəmsal canlandırmalar məhdudlaşdırılırQərarın ən çox təsir edəcəyi layihələrdən biri mərhum aktyor Val Kilmerın tamamilə süni intellektlə canlandırıldığı “As Deep as the Grave” filmi olacaq. Bu kimi tam rəqəmsal obrazlar və insan iştirakı olmadan yazılmış ssenarilər 2027-ci ildən etibarən “Oscar” yarışından kənarda qalacaq.

Akademiyanın bu addımı, texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə kino sənayesində insan yaradıcılığını və əməyini qorumaq cəhdi kimi qiymətləndirilir.

Избранный
34
metbuat.az

1Источники