Mayon vulkanının püskürməsi Filippinin Luzon adasında başlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, lava axınları təxminən 4 kilometrə qədər irəliləyib .
"Mayon vulkanının üzərində vulkanik aktivliyin artması müşahidə olunub və nəticədə Albay əyalətinin bəzi ərazilərində kül yağıb. Yağıntılar Camalig və Guinobatan şəhərlərinə təsir edib", - məlumatda qeyd olunub.