RU

KİV: Hörmüz boğazının bağlanması yeni marşrutların yaradılmasına səbəb olub

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Hörmüz boğazının bağlanması iri gəmiçilik şirkətlərini alternativ logistika marşrutları yaratmağa məcbur edib.Demokrat.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.Qeyd olunub ki, yeni marşrut Avropanı Fars körfəzi limanları ilə birləşdirən çoxpilləli logistika zəncirindən ibarət olacaq. Buraya dəniz daşımaları, Səudiyyə Ərəbistanı ərazisindən avtomobil tranziti və son mərhələdə kiçik gəmilərlə çatdırılma daxildir.İlk reysin mayın 10-da Belçikanın Antverpen limanından yola düşəcəyi planlaşdırılır. Gəmilər Almaniya, İtaliya, Litva və İspaniya limanlarında dayanaraq yük toplayacaq, sonra Süveyş kanalından keçərəkQırmızı dənizə daxil olacaq və Ciddə ilə Kral Abdullah limanına yan alacaqlar. Buradan yüklər avtomobillərlə yarımadanın şərqinə - Dammama daşınacaq, daha sonra isə kiçik gəmilərlə Əbu-Dabi və Cəbəl-Əli kimi əsas logistika mərkəzlərinə çatdırılacaq.Bu uzun və baha başa gələn marşrutlar Hörmüz boğazının uzunmüddətli bağlanması fonunda ticarət əlaqələrini qorumaq üçün yeganə çıxış yolu kimi qiymətləndirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
demokrat.az

1Источники