RU

Dəhşətli anlar: fil yük maşınında qətliam törətdi - Video

Hindistanda yük maşınında daşınan fil qəfil nəzarətdən çıxaraq faciəyə səbəb olub.

Musavat.com xəbər verir ki, hadisə zamanı fil onu daşıyan yük maşınının sürücüsünə hücum edərək onu öldürüb, baxıcını isə ağır yaralayıb.

Məlumata görə, nəzarətdən çıxan heyvan ətrafdakı bir neçə nəqliyyat vasitəsinə də ziyan vurub, yolda ciddi qarışıqlıq yaradıb.

Hadisə yerinə cəlb olunan xüsusi xidmət əməkdaşları fili yalnız təxminən 2 saatdan sonra nəzarət altına ala biliblər.

Yaralı baxıcının xəstəxanaya yerləşdirildiyi bildirilir.

Musavat.com

Избранный
24
5
musavat.com

10Источники