RU

Pensiya yaşı ilə bağlı yeni təklif

ain.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda aktual məsələlərdən biri olan pensiya sistemi ilə bağlı müzakirələr davam edir.

Belə ki, sosial şəbəkələrdə vətəndaşlar müzakirə zamanı pensiya sistemində problemlərin olduğunu mövcudluğu və bu istiqamətdə müxtəlif dəyişikliklərə ehtiyac olduğunu qeyd edirlər.

Əsasən pensiya yaşı, pensiya kapitalı, pensiyanın varisə ötürülməsi kimi məsələlər daha çox müzakirə mövzusuna çevrilsə də, bu istiqamətdə heç bir dəyişiklik müşahidə edilmir. Hazırda Azərbaycanda pensiya yaşı həm kişilər, həm də qadınlar üçün 65 təşkil edir.

Rusiyada kişilər 65, qadınlar 60 yaş, Ermənistanda kişilər və qadınlar 63 yaş, Qazaxıstanda kişilər 63, qadınlar 61, Belarus, Qırğızıstan və Tacikistanda kişilər 63, qadınlar 58 yaş, Türkmənistanda kişilər 62, qadınlar 57, Özbəkistanda isə kişilər 60 , qadınlar 55 yaşda pensiyaya çıxırlar.

Azərbaycanda hazırkı pensiya yaşını əsasən orta ömür uzunluğu ilə əlaqələndirirlər. Son rəsmi məlumatlara görə, ölkədə gözlənilən orta ömür uzunluğu təqribən 74,6 – 76,9 il arasındadır. Son 14 ildə bu göstərici 70-dən 74-ə yüksəlib. Yəni bu, rəsmi rəqəmlərdə belədir.

Əslində isə son illər insanların orta ömür uzunluğunun daha qısa olduğu müşahidə edilir ki, bu da insanların daha az müddətdə pensiya aldığını göstərir. Əgər 1990-cı ildə 65-69 yaş arasında 3241 nəfər vəfat edibsə, 2024-cü ildə həmin yaşlarda 8471 nəfər vəfat edib. Statistikadan göründüyü kimi, 8 mindən artıq vətəndaş cəmi bir neçə ay və ya il pensiya ala bilib.

Pensiya yaşının artırılmasının uzunömürlülüklə əlaqələndirilməsi nə dərəcədə doğrudur? Digər tərəfdən, bir sıra ölkələrdə vətəndaşlar pensiyaya çıxmaqda maraqlı olduğu halda, ölkəmizdə pensiya yaşının artırılmasına baxmayaraq, vətəndaşlar çalışmaqda niyə maraqlıdır?

Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət”ə 2017-ci ildə “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklik nəticəsində Azərbaycanda pensiya sistemi və onun əlçatanlığı, təşviqediciliyi əhəmiyyətli dərəcədə zəiflədiyi bildirib.

“Nəticədə pensiyaçıların sayında ciddi azalmalar baş verir. Belə ki, təxminən ötən 9-10 il ərzində 1 milyon 330 min nəfərdən 1 milyon 100 min nəfərə qədər azaldı.

Eyni zamanda, pensiya hüququnun əldə edilməsi ilə bağlı ortaya qoyulan mexanizmlər, minimum pensiya kapitalı, minimum sığorta stajı tələbləri, mövcud əmək bazarı, iqtisadiyyat və eləcə də bu konyunkturada formalaşan faktorlarla uzlaşmır.

Təbii ki, həmin dövrdə pensiya sisteminə dəyişikliklərdə əsas məqsəd əmək pensiyaları sistemində xərclər və gəlirlərin optimallaşdırılması istiqamətində müəyyən bir nəticə əldə etmək idi.

Çünki dövlət büdcəsindən transfer hesabına Dövlət Sosial Müdafiə Fondunun xərcləri əhəmiyyətli səviyyədə ödənirdi. Burada problem əslində əmək bazarı və iqtisadiyyatdan qaynaqlanır.

Belə ki, əmək bazarının zəif olması, qeyri-formal əmək bazarının geniş yayılması, mövcud pensiya sisteminin gəlirlərinin az olmasını şərtləndirdiyi halda fokuslanma daha çox xərcləri optimallaşdırmaq və beləliklə pensiya əlçatanlığını azaltmaq istiqamətində yönəldi.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
10
dogru.az

10Источники