Yazını böyüt
Yazını kiçilt
Bu gün Türkiyə Superliqasında 32-ci turun daha 3 oyunu keçirilib.
Hafta.az xəbər verir ki, “Qalatasaray” səfərdə “Samsunspor”la qarşılaşıb.
Oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.
Liderin əsas izləyicisi “Fənərbağça” isə turu qələbə ilə başa vurub. İstanbul klubu doğma meydanda “Başakşəhər”ə qalib gəlib - 3:1. Ev sahibi komandanın heyətində hər üç qolu Anderson Talişka vurub.
Digər matçda isə “Trabzonspor” evdə “Göztəpə” ilə 1:1 hesablı heç-heçə edib.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 74 xalla “Qalatasaray” başçılıq edir. “Fənərbağça” 70 xalla 2-ci, “Trabzonspor” isə 66 xalla 3-cüdür.