RU

Zelenski sabiq aparat rəhbəri Andrey Boqdana 17 növ sanksiya tətbiq edib

Ukrayna Prezidenti Volodimir Zelenski ofisinin sabiq rəhbəri Andrey Boqdan barəsində sanksiya qərarı verib.

Ukrayna mediasının məlumatına görə, ona qarşı aktivlərin bloklanması, maliyyə öhdəliklərinin dayandırılması, torpaq əldə etməyə qadağa və dövlət mükafatlarından məhrumetmə daxil olmaqla 17 növ məhdudiyyət tətbiq olunub.

Məlumata görə, hazırda Avstriyada yaşayan Boqdan son dövrlər Zelenskini tənqid edir.

Избранный
50
apa.az

1Источники