RU

Qalatasaray ın hücumçusu Real a keçir?

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

"Qalatasaray"ın hücumçusu "Real"a keçir?

"Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhen karyerasını Avropanın nəhəng klublarından birində davam etdirə bilər.

QOL.az xəbər verir ki, "Diario SPORT" nəşrinin məlumatına görə, "Real" klubu nigeriyalı forvardı transfer etməyə maraq göstərir. İstanbul təmsilçisi isə öz futbolçusu üçün 150 milyon avro təzminat məbləği müəyyənləşdirib.

Qeyd edək ki, Osimhenin xidmətində "Real"la yanaşı, "Arsenal", "Liverpul", "Barselona" və "Yuventus" klubları da maraqlıdır. Hücumçu cari mövsümdə Türkiyə klubunun heyətində bütün turnirlər daxil olmaqla 31 matça çıxaraq 20 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Viktor Osimhen 2025-ci ildə 75 milyon avro müqabilində "Napoli"dən "Qalatasaray"a keçib. Onun klubla mövcud müqaviləsi 2029-cu il iyununa qədər qüvvədədir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
33
qol.az

10Источники