RU

İki dəfə əməliyyat olunan aktyorun səhhətində problemlər yaranıb

Azərbaycanın Əməkdar artisti Ələkbər Əliyev səhhətində yaranan ciddi problemlər və keçirdiyi uğursuz əməliyyatlar barədə açıqlamalar verib.
 
Moderator.az xəbər verir ki, ARB telekanalında "Günə uğurla" proqramına qonaq olan sənətkar eyni anda bir neçə xəstəliklə mübarizə apardığını bildirib. Aktyor insult keçirdiyini, şəkərli diabet, yüksək təzyiq və onurğa problemlərindən əziyyət çəkdiyini qeyd edib:
 
"İnsult keçirmişəm, şəkər xəstəliyi artıq mənim ayrılmaz dostumdur. Təzyiqdən tutmuş hər cür problem var. Xüsusilə onurğamdan iki dəfə əməliyyat olunmuşam, lakin indi yenidən ağrılar baş qaldırıb".
 
Ələkbər Əliyev vaxtilə bıçaq altına düşməsini həyatının ən böyük yanlışı hesab edir:
 
"O zaman əməliyyata razılıq verməklə böyük səhv etdim. Çünki elə peşəkar həkimlər var ki, bu problemi cərrahi müdaxilə olmadan da həll edə bilirlər. İlk dəfə yırtığın ölçüsü cəmi yeddi millimetr idi. Amma birinci əməliyyatdan sonra vəziyyət daha da pisləşdi, ölçü 25 millimetrə çatdı və ikinci əməliyyat artıq qaçılmaz oldu".
 
Hazırda yenidən müalicəyə ehtiyacı olduğunu deyən sənətkar insultdan sonra bərpa prosesinin davamlı xarakter daşıdığını gec anladığını etiraf edib.
Избранный
53
moderator.az

1Источники