RU

"Aşağı liqadan gəlib bu qədər xal yığmaq asan deyil" - Jorj Kaşkilya

"Oyunçularımı və bütün komandamı təbrik etmək istəyirəm. Bu günki qalibiyyətlə Premyer Liqada qalmağımızı 99 faiz təmin etmişik. Bir komanda üçün aşağı liqadan gəlib bu qədər xal yığmaq asan deyil. Azarkeşlərimizə də minnətdarlığımızı bildiririk. Qalibiyyətimiz ədalətli idi".

Sportal.az xəbər verir ki, bu sözləri "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 30-cu turunun "Araz-Naxçıvan"la matçdan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb. 

- Premyer Liqada qalmağınızı möcüzə olmazsa, təmin etmisiniz. Bundan sonrakı matçlarda futbolçularınızı oyuna kökləməkdə çətinlik çəkəcəyinizi düşünürsünüzmü?

- Oyunçularımızı motivasiya etmək daha asan olacaq. Sabah "Qəbələ"nin keçirəcəyi oyunun nəticəsindən asılı olaraq Premyer Liqada qalmağımızı tam təmin etdikdən sonra gözəl futbol oynamağa, futboldan həzz almağa çıxacaqlar. 

- Matçda zədələnən Dioqo Rollonun son vəziyyəti...

- Hazırda nəsə demək düzgün olmaz. Müəyyən müayinələrdən sonra zədəsinin hansı səviyyədə olduğunu biləcəyik.

Orxan Həsənquluyev

saytlarin hazirlanmasi

Избранный
38
3
sportal.az

5Источники