RU

Almaniya mülki infrastrukturun mümkün hərbi hücumdan müdafiəsini gücləndirir

BAKI, 2 may. TELEQRAF

Almaniya hökuməti mülki infrastrukturu mümkün hərbi hücumlardan qorumaq üçün hazırlıqlara başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Bildirilir ki, Baltik dənizi sahilində yerləşən Bremerhavendə Avropanın ən böyük avtomobil limanı 1,35 milyard avro dəyərində modernləşdiriləcək. Dövlət tərəfindən maliyyələşdirilən investisiya "Leopard" tankları kimi hərbi texnikanı gələcək cəbhə xətlərinə daşıya bilməsi üçün yükləmə platformalarını gücləndirmək üçün nəzərdə tutulub.

Избранный
33
1
teleqraf.com

3Источники