RU

Zelenski hökumət strukturlarında kadr dəyişiklikləri elan etdi

Gələn həftə Ukraynada bəzi kadr məsələləri Nazirlər Kabineti səviyyəsində həll olunacaq, digərləri isə Ali Radada müzakirə ediləcək.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Facebook” hesabında məlumat verib.

Dövlət başçısı bildirib ki, Ukraynaya maliyyə dəstəyi və artıq əldə olunmuş razılaşmaların icrası ilə bağlı tərəfdaşlarla aparılan danışıqlarda Baş nazir Yuliya Svırıdenko ilə mövqelər uzlaşdırılıb.

Zelenskinin sözlərinə görə, elan edilən hər bir dəstək paketinin vaxtında və real ehtiyac yarandığı anda həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Prezident və hökumət başçısı eyni zamanda dövlət strukturlarının gücləndirilməsi planını müzakirə ediblər. Bu çərçivədə bir sıra kadr dəyişikliklərinin zəruri olduğu qeyd olunub.

Zelenski vurğulayıb ki, bəzi vəzifələr üzrə parlamentlə dialoqun davam etdirilməsi vacibdir. Razılaşmaya əsasən, kadr məsələlərinin bir hissəsi gələn həftə Nazirlər Kabinetinin qərarları ilə həll ediləcək.

Aytən Yaşar/ Turkustan.az

Избранный
21
1
turkustan.az

2Источники