RU

İsrail ordusu Livanın cənubunda bir gündə Hizbullahın 120 hədəfini məhv edib

BAKI, 2 may. TELEQRAF

İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində Livanın cənubunda Hizbullahın 120 hədəfini məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin açıqlamasında deyilir: "Son 24 saat ərzində İsrail Müdafiə Qüvvələri çoxsaylı terror hədəflərinə zərbələr endirib və terrorçuları məhv edib. Zərbələr nəticəsində müxtəlif ərazilərdə 70 hərbi obyekt və 50 Hizbullah infrastruktur obyekti sıradan çıxarılıb".

Məhv edilmiş hədəflər arasında Hizbullah komandanlıq mərkəzləri və silah anbarları olub.

Избранный
30
50
teleqraf.com

10Источники