ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyada sənədli film rejissoru və müəllimi Pavel Talankinə məxsus “Oskar” heykəlciyi tapılıb. Rejissor “Mister Nikto Putinə qarşı” sənədli filminin yaradıcılarından biridir.
Bizimyol.info xəbər verir ki, bu məlumatı "Lufthansa" aviaşirkəti təsdiqləyib. Məlumata görə, mükafat Nnyu Yorkdan Frankfurt şəhərinə uçuş zamanı itmişdi. Sərnişin heykəlciyi baqaja verməyə çağırılmışdı, çünki təhlükəsizlik xidmətinin əməkdaşları obyektin potensial təhlükəli olduğunu düşünərək onun qeydiyyatdan keçmiş baqaja yerləşdirilməsini tələb etmişdilər.
Uçuş Frankfurt hava limanına çatdıqdan sonra heykəlciyin olduğu qutu baqaj çıxarma bölməsində tapılmayıb, bu isə həm sahibini, həm də film komandası üzvlərini narahat etmişdi. Bir neçə gün ərzində obyektin axtarışı davam etmişdi.
"Lufthansa"dan bildirilib ki, heykəlcik sonunda Almaniya ərazisində tapılıb. Aviaşirkətin nümayəndəsi hadisəyə görə rəsmi üzr istəyib və vurğulayıb ki, şirkət “sərnişinlə birbaşa əlaqədədir və mümkün qədər tez heykəlciyin geri qaytarılmasını təşkil etməyə çalışır”.
Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.