RU

“Nyukasl Yunayted” “Brayton”u məğlub edərək 13 cü pilləyə yüksəlib

Idman.biz saytına istinadən ain.az xəbər verir.

İngiltərə Premyer Liqasının 35-ci turunun “Nyukasl Yunayted” və “Brayton” komandaları arasında keçirilən oyun başa çatıb.

“Sağsağanlar” 3:1 hesabı ilə qalib gəliblər. Oyun “St. James' Park”da (Nyukasl-apon-Tayn) keçirilib.

Uilyam Osula 12-ci dəqiqədə “sağsağanlar”ı hesabda irəli çıxarıb, Den Börn isə 24-cü dəqiqədə komandasının üstünlüyünü ikiqat artırıb. 61-ci dəqiqədə “Brayton”dan Cek Hinşelvud bir qol vurub. Harvi Barns 90+6-cı dəqiqədə yekun hesabı müəyyən edib.

Bu oyundan sonra “Nyukasl Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 45 xalla 13-cü, “Brayton” isə 50 xalla yeddinci yerdədir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
41
icma.az

1Источники