Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Bağman adlanan ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini 1995-ci il təvəllüdlü F.Bağırov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib,hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. /Unikal