RU

VW nin ən ucuz elektrik avtomobili ətraflı şəkildə açıqlanıb...

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yeni modelə böyük ümidlər bəslənir...

...Yeni, büdcəyə uyğun 2027 Volkswagen ID.Polo çoxdan gözlənilən bir avtomobil kimi debüt edib. Şirkətin ən ucuz elektrik avtomobili premyeradan sonrakı yeni rəsmi fotolarda ətraflı şəkildə göstərilib.

SİA OBOZ.UA-ya xatırladır ki, büdcəyə uyğun VW Polo həmişə çox populyar bir model olub.

Yeni modelin sələfinin izini davam etdirəcəyi gözlənilir, buna görə də bu EV-yə böyük ümidlər bəslənir.

Büdcəyə uyğun ID.Polo elektrik avtomobili yeni modelin gəlişini qabaqcadan xəbər verən Volkswagen ID2.all konsepsiyası üslubunda dizayn edilib.

Səliqəli dizayn və sadə dekorasiya zərif bir görünüş yaradır. 24.995 avrodan başlayan qiymətə satılan yeni 2027 VW ID.Polo kompaktdır, uzunluğu 4 metr və təkər bazası 2600 mm-dir.

O, həmçinin kompakt krossoverin qurulması üçün istifadə ediləcək yeni MEB Entry platformasına əsaslanır.

2027 Volkswagen ID.Polo-nun gücü və diapozonu:

-116 at gücü, 37 kVt/saat batareya, 330 km məsafə;

-135 at gücü, 37 kVt/saat batareya, 330 km məsafə;

-211 at gücü, 52 kVt/saat batareya, 450 km məsafə;

Volkswagen ID.Polo GTI 233 at gücü təklif edəcək, lakin daha sonra debüt edəcək.

Nazlı Almuradova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
sia.az

2Источники