Bizim media saytına istinadən ain.az xəbər verir.
Ağcabədi rayonunda qətl hadisəsi baş verib.Bizim.Media xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.Əslən Ağdam rayonunun Mərzili kəndindən olan 1969-cu il təvəllüdlü Səlimov Ayaz Amanxan oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1978-ci il təvəllüdlü Səlimova Nəzakət Vidadi qızını qətlə yetirib.Onun cinayəti mətbəxdə istifadə olunan ət baltası ilə törətdiyi bildirilir.Hadisəni törətməkdə şübhəli bilinən A.Səlimov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.