RU

Macarıstanın yeni lideri qardaşının həyat yoldaşını ədliyyə naziri postuna gətirir...



Macarıstanın yeni seçilmiş lideri Peter Madyar təsdiqləyib ki, qardaşının həyat yoldaşını ədliyyə naziri təyin etməyi planlaşdırır.

Madyar sosial mediada yayımladığı videoda qeyd edib ki, namizədin lazımi kvalifikasiyası və təcrübəsi var.

“Gələcək ədliyyə nazirinin daxili və beynəlxalq kariyerası, yüksək səviyyəli iş təcrübəsi və vizyonu şübhəsizdir. O, rejimin dəyişməsi uğrunda bizim hərəkatımızda əvvəldən iştirak edirdi, fəaliyyətimizi formalaşdırır və idarə edirdi. Cəmiyyətimizdə uzun müddət birləşməmizdən sonra isə öz həyatını qardaşımın həyatına bağladı”, – deyə Madyar bildirib.

Macarıstanın yeni lideri deyib edir ki, ailəvi əlaqə “ciddi dilemma” yaradıb, lakin o, şəffaflığı təmin etməyə qərar verib.

Peter Madyarın qardaşının həyat yoldaşı Marton Meletei-Barna hüquqşünasdır. O, “Tisa” partiyasının təsisçilərindən biridir və partiyada hüquqi direktor vəzifəsini tutub.

Tahir TAĞIYEV

Избранный
26
baki-xeber.com

1Источники