RU

Misirdə Nil deltası bölgəsində yeni qaz yatağı aşkarlanıb

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Misirin Neft və Mineral Resurslar Nazirliyi ölkənin şimalında, Nil deltası ərazisində yeni qaz yatağının aşkarlanması barədə elan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə 2 may tarixində Çinin "Xinhua" agentliyi Misir rəsmilərinin rəsmi açıqlamasına istinadla məlumat yayıb.

Nazirliyin məlumatına görə, yeni yatağın gündəlik çıxarılması proqnozlaşdırılan qaz həcmi təxminən 50 milyon kub fut təşkil edəcək. Yatağın mövcud istehsal güclərindən iki kilometrdən də az məsafədə yerləşməsi onun mövcud infrastrukturla operativ birləşdirilməsinə imkan verəcək.

Yeni yatağın aşkarlanması Qərbi Abu-Madi bölgəsində, Kafr əl-Şeyx vilayətində "Nidoco N-2" kəşfiyyat quyusunun uğurlu qazılması nəticəsində mümkün olub. Quyunun sahilə təxminən üç kilometr məsafədə, təxminən on metrlik sığ sular ərazisində yerləşdiyi bildirilib.

Konssesion zonanın işlənməsi Eni şirkətinin rəhbərliyi altında, "BP" və Misir neft-qaz şirkəti "Petrobel" ilə əməkdaşlıq şəraitində aparılır.

Yatağın açılması Misirin enerji istehsalını artırmaq strategiyasının bir hissəsidir. Son illərdə qaz hasilatının azalmasından sonra, Misir hökuməti istehsal həcmini artırmağı hədəfləyir. Ölkə baş naziri Mostafa Madbuli daha əvvəl açıqlamışdı ki, ölkə 2027-ci ilədək təbii qaz çıxarışını gündəlik 4,1 milyard kub futdan 6,6 milyard kub futa çatdırmağı planlaşdırır.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
icma.az

1Источники