RU

Alimlər sübut etdi: Müasir musiqi getdikcə fastfuda a çevrilir

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

İtalyan alimləri təxminən 20 min musiqi əsərini təhlil edərək belə qənaətə gəliblər ki, son dörd əsr ərzində musiqi tədricən daha sadə və daha vahid hala düşüb. 

Qayanrinfo xəbər verir ki, bədqiqat "Nature Publishing Group” jurnalında dərc olunub.

Tədqiqatçılar klassikadan hip-hopa qədər altı böyük janrı araşdırıblar. Onlar şəbəkə nəzəriyyəsi metodlarından istifadə ediblər: notlar düyünlər, notlar arasındakı keçidlər isə əlaqələr kimi götürülüb. Bu yanaşma melodik və harmonik mürəkkəbliyi "qulaqla deyil”, riyazi şəkildə qiymətləndirməyə imkan verib.

Nəticələr müasir pop musiqi üçün kifayət qədər kəskin mənzərə ortaya qoyub. Əvvəlki dövrlərdə musiqi əsərləri struktur baxımından daha mürəkkəb olub, lakin zaman keçdikcə sadələşmə tendensiyası artıb. Bu, demək olar ki, bütün janrlarda müşahidə olunur.

Tədqiqatda qeyd olunur ki, "uzunmüddətli və ənənəvi olaraq mürəkkəb janrlar, məsələn klassika və caz, getdikcə yeni janrlara bənzəyən struktur nümunələri nümayiş etdirir. Bu isə melodik və harmonik strukturların homogenləşməsi və sadələşməsi prosesini göstərir”.

Başqa sözlə, hətta caz və klassik musiqi belə tədricən "musiqi fastfudu” adlandırıla biləcək daha sadə formata yaxınlaşır. Alimlərin fikrincə, bunun səbəbi musiqinin yaradılma və istehlak üsullarının dəyişməsidir. Striminq platformaları, tövsiyə alqoritmləri və rəqəmsal mühit ümumilikdə dinləyicini tez "tutacaq”, lakin mürəkkəb harmoniyalardan və qeyri-adi keçidlərdən uzaq kompozisiyaları təşviq edir.

Tədqiqat müəllifləri qeyd edirlər ki, musiqişünaslar və musiqiçilər artıq uzun müddətdir musiqidə ümumi sadələşmə tendensiyasından danışırlar.

Bununla belə, alimlər müasir musiqini tamamilə "geri” kimi qiymətləndirməyə tələsmirlər. Araşdırmada vurğulanır ki, melodik sadələşmə musiqi mədəniyyətinin ümumi "deqredasiyası” demək deyil. Mürəkkəbliyin bir hissəsinin digər sahələrə – səs dizaynı, tekstura, audio işlənmə və ritmik strukturlara keçdiyi ehtimal olunur.

Alimlər həmçinin diqqətə çatdırırlar ki, onların işi "Spotify”, "TikTok” və ya tövsiyə alqoritmləri ilə musiqinin sadələşməsi arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Lakin əldə olunan nəticələr müasir rəqəmsal mühitin populyar musiqinin strukturuna təsir göstərə biləcəyi ilə bağlı hipotezlərlə uzlaşır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
qaynarinfo.az

1Источники