İsrail ordusu Livanın cənubundakı şəhər və kəndlərə qarşı həyata keçirdiyi genişmiqyaslı hava hücumlarını intensivləşdirib.
Musavat.com xəbər verir ki, Livan mənbələrinin yaydığı məlumata görə, Nəbatiyə bölgəsindəki Şukin şəhərinin bombardman edilməsi nəticəsində 3 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
Ümumilikdə, bu gün İsrailin Livanın cənubuna təşkil etdiyi hücumlar nəticəsində 10 nəfərin həyatını itirdiyi bildirilir. Ölüm hallarının artacağı istisna edilmir.
Bundan əlavə, İsrail hərbi aviasiyası Livanın cənubundakı Zuter Aş-Şərkiyə, Kfar, Yatri və Məcdal-Salm yaşayış məntəqələrinə də silsilə zərbələr endirib. Hazırda bölgədə gərginlik pik həddədir.