RU

Türkiyə Müdafiə Nazirliyi “EFES-2026”dan görüntülər paylaşdı

BAKI, 2 may. TELEQRAF

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin də iştirak etdiyi “EFES-2026” çoxmillətli təlimlərindən görüntülər paylaşıb.

Teleqraf xəbər verir ki, aprelin 20-dən mayın 21-dək İzmir əyalətində keçirilən döyüş atışlı praktiki təlimlər çərçivəsində birgə əməliyyat bacarıqları tətbiq olunub.

Təlim ssenarisi çərçivəsində Bahadır adası yaxınlığında Türkiyədə istehsal olunmuş hava ilə doldurulan “Karayel” qayıqlarından istifadə etməklə əməliyyatlar həyata keçirilib.

Təlimin bu mərhələsində Türkiyə hərbçiləri ilə yanaşı, ABŞ, Albaniya, Azərbaycan, Bosniya və Herseqovina, İtaliya, Qırğızıstan, Liviya və Monqolustandan olan hərbçilər də iştirak ediblər.

Избранный
11
6
teleqraf.com

7Источники