RU

Tehrandan müharibə xəbərdarlığı: Müharibə yenidən başlaya bilər



İran ordusu ABŞ-İsrail müharibəsinin yenidən başlayacağı barədə xəbərdarlıq edib.

aia.az xəbər verir ki, bu bardə “Fars” agentliyi Hərbi Qərargahın müavini Məhəmməd Cəfər Əsədiyə istinadən məlumat yayıb.

Məhəmməd Cəfər Əsədinin açıqlamasında deyilir: "ABŞ rəsmilərinin hərəkətləri və açıqlamaları ilk növbədə mediaya yönəlib və birincisi, neft qiymətlərinin düşməsinin qarşısını almağa, ikincisi isə onların yaratdığı qarışıqlıqdan çıxmağa yönəlib".

O əlavə edib ki, ABŞ heç bir razılaşmaya və ya müqaviləyə sadiq olmadığı səbəbindən ABŞ-İsrail-İran müharibəsinin yenidən başlaması ehtimal olunur.

Əsədi onu da qeyd edib ki, İranın silahlı qüvvələr amerikalıların hər hansı yeni macərasına və ya axmaqlığına tam hazırdır.



Избранный
12
2
aia.az

3Источники