Ağcabədi rayonunda ər arvadını qətilə yetirib.
Publika.az-ın xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.
Əslən Ağdam rayon Mərzili kəndindən olan 1969-cu il təvəllüdlü Səlimov Ayaz Amanxan oğlu həyat yoldaşı 1978-ci il təvəllüdlü Səlimova Nəzakət Vidadi qızını ailə daxili münaqişə zəminində mətbəxdə istifadə olunan ət baltası ilə doğrayaraq qətlə yetirilib.
Hadisəni törədən A.Səlimov şübhəli şəxs qismində saxlanılıb.