RU

Zelenski: Ukrayna Belarus sərhədində konkret fəaliyyət qeydə alıb

Ukrayna Prezidenti Volodimir Zelenski video müraciətində Ukrayna–Belarus sərhədində qeydə alınan hərəkətliliklə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, prezident Facebook səhifəsində yayımlanan çıxışında bildirib ki, bir gün əvvəl sərhədin Belarus tərəfində “kifayət qədər konkret fəaliyyət” müşahidə olunub.

Zelenski qeyd edib: “Biz bütün prosesləri diqqətlə izləyirik və nəzarətdə saxlayırıq. Zərurət yaranarsa, adekvat cavab veriləcək. Ukrayna öz xalqını və suverenliyini qorumağa hazırdır. Hər kəs anlamalıdır ki, Ukraynaya qarşı istənilən təcavüz cəhdinə reaksiya veriləcək.”

Prezident əlavə edib ki, Ukrayna yaxın günlər üçün yeni sanksiya qərarları üzərində işləyir və bir neçə sanksiya paketi hazırlanır.

Onun sözlərinə görə, ölkə Avropa, Yaxın Şərq, Körfəz regionu və digər bölgələrdəki tərəfdaşları ilə əməkdaşlığı davam etdirir: “Biz hava hücumundan müdafiəmizi gücləndirə və iqtisadi dayanıqlığımızı artırmağa kömək edə biləcək bütün tərəfdaşlarla işləyirik. May ayında keçiriləcək danışıqlardan mühüm nəticələr gözləyirik".

Aytən Yaşar/ Turkustan.az

Избранный
30
1
turkustan.az

2Источники