RU

Ət yeməyən adamlar 5 növ xərçəngə yoluxmurlar

Alimlər müəyyən ediblər ki, vegetarian qidalanma (ətdən imtina) bəzi xərçəng növlərinin yaranma riskini azalda bilər. Lakin bu qidalanma formasının müəyyən mənfi tərəfləri də mövcuddur.

Ət məhsullarından imtina edən insanlarda süd vəzi, böyrək, mədəaltı vəzi, prostat xərçəngi və çoxsaylı mieloma kimi xəstəliklərə daha az rast gəlinir.

Araşdırma təxminən iki milyon insanın məlumatları əsasında aparılıb və iştirakçılar orta hesabla 16 il ərzində müşahidə olunub. Nəticələr göstərib ki, ciddi vegetarianlarda çoxsaylı mieloma riski 31 faiz, böyrək xərçəngi riski isə 28 faiz daha aşağı olub. Bundan əlavə, mədəaltı vəzi xərçəngi riski təxminən 21 faiz, prostat xərçəngi 12 faiz, süd vəzi xərçəngi isə 9 faiz azalıb.

Eyni zamanda heyvani məhsulları qismən məhdudlaşdıran insanlarda da müsbət nəticələr müşahidə olunub. Məsələn, yalnız balıq qəbul edib, lakin ət yeməyən şəxslərdə süd vəzi, böyrək və bağırsaq xərçəngi riski 7–27 faiz arasında azalıb. Qırmızı ətdən imtina edib, lakin quş ətini rasionda saxlayan insanlarda isə prostat xərçəngi riskinin müəyyən qədər azaldığı qeydə alınıb.

Bununla yanaşı, araşdırma bəzi əks nəticələri də üzə çıxarıb. Belə ki, veqanlarda bağırsaq xərçəngi riski təxminən 40 faiz daha yüksək olub. Vegetarianlarda isə boğaz toxumalarının xərçəngi ehtimalının demək olar ki, iki dəfə artdığı müəyyən edilib.

Mütəxəssislər qeyd edirlər ki, bu tədqiqat müşahidə xarakterli olduğuna görə səbəblər tam dəqiq müəyyən edilməyib. Ehtimal olunur ki, balanssız bitki əsaslı qidalanma zamanı bəzi vacib qida maddələrinin çatışmazlığı bu fərqlərə səbəb ola bilər. (lent.az)

Избранный
5
4
musavat.com

5Источники