Ağcabədi rayonunda qətl hadisəsi baş verib. 1news.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb. Əslən Ağdam rayonunun Mərzili kəndindən olan 1969-cu il təvəllüdlü Səlimov Ayaz Amanxan oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1978-ci il təvəllüdlü Səlimova Nəzakət Vidadi qızını qətlə yetirib. Onun cinayəti mətbəxdə istifadə olunan ət baltası ilə törətdiyi bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən A. Səlimov saxlanılıb. Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.